13 idmançımız dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb

Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalanıb.

Azadinform-un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytında bildirilir. İdmançılardan 7-si güləşçi, 4-ü boksçu, qalanları isə ağırlıqqaldıran və taekvondoçudur.

Güləşçilərdən Qurban Qurbanov, Şəhriyar Məmmədov, Heydər Abdullayev, Mansur Şahinov, Xalid Əlizadə və Sübhan Muradov 48 ay, Təbriz Yusubzadə 24 ay, boksçulardan Ağalar Sadıqzadə, Fərid Qasımzadə və Elvin Qəmbərov 48 ay, Mirqadir Miriyev 24 ay, ağırlıqqaldıran Cəbrayıl Abzərli 48 ay, taekvondoçu Ülvi Mustafayev 24 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. 

10.07.2018 19:28 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo