SOCAR SATSA-dakı payını satıb 47 milyon dollara

Samir Soltanov/AZADİNFORM. SOCAR “SOCAR Aurora Terminal”dakı (SATSA) 50 faizlik iştirak payını 47 milyon ABŞ dollarına “Global Terminal Holding B LP”yə satıb. 

Azadinform xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında deyilir. 

Bildirilir ki, müəyyən şərtlərin nəzərdə tutulduğu ötən il dekabrın 27-dəki alqı-satqı müqaviləsinə əsasən, SOCAR və onun törəmə müəssisələri bu il yanvarın 10-dan etibarən birgə müəssisəsi olan “SOCAR Aurora Terminal”da (SATSA) 50 faizlik iştirak payını və SATSA-dan kredit üzrə alınacaq borc məbləğini “Global Terminal Holding B LP”yə 80 milyon manat (47 milyon ABŞ dolları) məbləğində ümumi ödəniş almaqla satmağa razılıq verib. Ötən il dekabrın 31-də birgə müəssisəyə edilən investisiyalar və SATSA-dan kredit üzrə alınacaq borc məbləğinin qalığı satış üçün saxlanılan satılıq qrup kimi təsnif edilib. Satılıq qrup balans dəyəri və ötən il dekabrın 31-nə olan satış xərclərini çıxmaqla ədalətli dəyərin daha aşağı olanı ilə tanınıb və ədalətli dəyərin yenidən qiymətləndirilməsi üzrə dəyərsizləşmə zərəri mənfəət və ya zərərə aid edilib. 

Əməliyyat tarixinə SATSA-ya edilən investisiyanın balans dəyəri 51 milyon manat, uzunmüddətli alınacaq məbləğin balans dəyəri isə 43 milyon manat olmaqla ümumi dəyər 94 milyon manat olub. 

SOCAR və onun törəmə müəssisələri cari il yanvarın 10-da alıcı tərəfindən ödəniləcək bütün məbləği alıb.

10.07.2018 12:50 / Baxılıb: 135 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo