Ukrayna və Kanadadakı diasporlarımız birgə fəaliyyətə qərar verdilər

AZADİNFORM. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu  (UABD) və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandum imzalanıb. Azadinform xəbər verir ki, birgə əməkdaşlıq haqqında sənədi Edmonton şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini  Elşad İbrahimov və  Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin sədri Surxay Musayev, həmçinin İdarə Heyətinin üzvləri - Etibar İsmayılov, Natavan Mahmudova, Reyhan Hüseynova, Samir Əsgərov imzalayıblar. 

Sənəddə bildirilir ki, bu Memorandumu imzalayan tərəflər - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu  (UABD) və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti Azərbaycanın milli, mədəni, irsi dəyərlərinin soydaşlarımız arasında qorunmasına və inkişafına töhfə verəcək konkret işlərin görülməsi, eləcə də soydaşlarımızın daha sıx birliyinə nail olmağı əsas tutacaqlar. Həmçinin Kanadada fəaliyyət göstərən diaspor təşkilatları ilə Azərbaycan naminə birgə fəaliyyəti davam    etdirəcək, bu birliyə nail olmaq, diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşmanın yaranması üçün müzakirələr aparacaqlar.  Eyni zamanda Azərbaycanın milli dəyərlərini, mədəniyyətini və tarixini dünya ictimaiyyətinə çatdırmaq, media qurumları ilə əlaqələri gücləndirmək və genişləndirmək üçün mövcud olan kadr və texniki potensialdan birgə istifadə edəcəklər. 

10.07.2018 11:45 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo