Görkəmli kino aktyoru və kinorejissorun 75 illiyi keçiriləcək

Samir Soltanov/AZADİNFORM. İyulun 17-də görkəmli kino aktyoru və kinorejissor Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən tədbir keçiriləcək. 

Mədəniyyət Nazirliyindən Azadinform-a verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Muzey Mərkəzində reallaşacaq. 

Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılacaq, kino sahəsinin inkişafındakı xidmətlərindən danışılacaq.

10.07.2018 10:50 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo