Ətraf mühitə dəymiş ziyana görə 1,3 milyon manatlıq iddia qaldırılıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin 16-30 iyun tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 203 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 43 müddətli “məcburi göstəriş” verilib. 

Ümumilikdə, 57 iş üzrə 53000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 1276078,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 169 iş üzrə 29257,95 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 21, icra qurumlarına  13, məhkəmələrə 8 iş göndərilib.

10.07.2018 10:12 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo