Ərdoğan hökumətinin tərkibi - Siyahı

AZADİNFORM. Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Beştəpədəki Prezident Administrasiyasında Türkiyənin yeni hökumətinin tərkibini açıqlayıb.

Azadinform xəbər verir ki, dövlət başçısı nazirlər kabinetinin yeni üzvlərini keçirdiyi mətbuat konfransında təqdim edib. Türkiyənin növbəti hökumətində Fuat Oktay prezidentin müavini, Abdulhamit Gül ədliyyə naziri, Zehra Zümrüt Selçuk əmək, sosial xidmətlər və ailə naziri, Murat Kurum ətraf mühit və şəhərsalma naziri, Mevlüt Çavuşoğlu xarici işlər naziri, Fatih Dönmez enerji və təbii sərvətlər naziri, Mehmet Kasapoğlu gənclər və idman naziri, Berat Albayrak xəzinə və maliyyə naziri, Süleyman Soylu daxili işlər naziri, Mehmet Ersoy mədəniyyət və turizm naziri, Ziya Selçuk milli təhsil naziri, Hulusi Akar milli müdafiə naziri, Fahrettin Koca səhiyyə naziri, Mustafa Varank sənaye və texnologiyalar naziri, Bekir Pakdemirli kənd təsərrüfatı və meşə naziri, Ruhsar Pekcan ticarət naziri, Cahit Turan isə nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunub.

Göründüyü kimi, Türkiyədə yeni idarəetmə sisteminə keçid əsasından formalaşan hökumət strukturunda ixtisar və birləşmələr mövcuddur. Bunun sayəsində nazirlərin sayı 16-ya endirilib. Bir prezident müavini ştatı yaradılıb. Bundan başqa, yeni kabinetdə təmsil olunanların əksəriyyəti yeni namizədlərdir. Hökumətin tərkibində iki qadın nazir təmsil olunur.

Qeyd edək ki, iyulun 9-dan etibarən Türkiyə Respublikası prezident üsul-idarəli hökumət sisteminə qədəm qoyub.

10.07.2018 09:43 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo