Ərdoğanın andiçmə mərasimi baş tutub

Samir Soltanov/AZADİNFORM. Bu gün, yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi baş tutub. 

Azadinform xəbər verir ki, mərasim Türkiyə Böyük Milli Məclisində keçirilib. Bununla da Türkiyə rəsmən parlament idarə üsulundan prezident üsul-idarəsinə keçib. 

Türkiyə Böyük Milli Məclisində keçirilən andiçmə mərasimindən sonra prezident iqamətgahında da təntənəli mərasim olacaq. Mərasimdə 22 dövlət və hökumət başçısı, 28 baş nazir və parlament sədri ilə 6 beynəlxalq təşkilatın baş katiblərinin iştirakı gözlənilir. R.T.Ərdoğan bu mərasimdə yeni hökumətin tərkibini açıqlayacaq. 

Qeyd edək ki, R. T. Ərdoğan prezident seçkilərində 26 milyon 330 min 823 səslə qələbə qazanıb.

9.07.2018 18:18 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo