Prezident Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda deyilir ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur. 

Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur. Uzun illər ölkənin görkəmli mədəniyyət və incəsənət xadimləri bu Teatrla sıx yaradıcılıq əlaqələri saxlamışlar. Zəngin təcrübəyə malik olub, uğurlu fəaliyyəti sayəsində sənətsevərlərin böyük rəğbətini qazanmış Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivallardakı çıxışları ilə müasir Azərbaycanın mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edir. 

Sərəncama əsasən Mədəniyyət Nazirliyinə Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

9.07.2018 18:11 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo