Sərnişinin 2300 manatını oğurlayan taksi şoferi saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Sabirabadda taksidə oğurluq hadisəsi qeydə alınıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, iyulun 8-də Sabirabad rayonunun Əsgərbəyli kənd sakini V. Mehdiyev RPŞ-yə müraciət edərək həmin gün saat 8 radələrində şəhər ərazisində sərnişini olduğu taksi kimi fəaliyyət göstərən “VAZ-21063” markalı avtomobildən düşdükdən sonra cibindəki 2300 manatın oraya düşməsini və həmin pulu sürücünün oğurladığını bildirib. Pulu oğurlamaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, şəhər sakini Samir Cəfərov Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

9.07.2018 17:20 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo