İndiyədək 482 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Samir Soltanov/AZADİNFORM. “İndiyədək 482 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb”. 

AZADİNFORM xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, bu həcmin 362 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

SOCAR rəsmisi həmçinin qeyd edib ki, işlənmənin əvvəlindən bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 94 milyard kubmetr təbii qaz çıxarılıb: “İndiyədək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə Gürcüstana 7,3 milyard kubmetr, Türkiyəyə isə 53 milyard kubmetr qaz verilib”.

9.07.2018 15:45 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo