Xudat və Qubada Topazın xəzinəsini yaran saxlanılıb

Samir Soltanov/AZADİNFORM. İyulun 8-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl Xudat şəhəri ərazisində yerləşən “Topaz” məntəqəsinin xəzinəsindən gizli yolla 160 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azadinform-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun Quba ərazisində yerləşən başqa bir “Topaz” məntəqəsindən 180 manat və Xudat şəhər ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması da müəyyən edilib. 

Dindirilmə zamanı N.Məmmədov törətdiyi cinayəti etiraf edib. Faktla bağlı araşdırmalar aparılır. 

Nizami Məmmədovun başqa bölgələrdə analoji cinayətləri törədib törətməməsi araşdırılır. Onun cinayət əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin aidiyyəti üzrə Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

9.07.2018 12:55 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo