Diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib

Samir Soltanov/AZADİNFORM. “2017-ci ildə Azərbaycan ilə 70-ə yaxın ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub. Ötən illər ərzində diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənib”. 

Azadinform xəbər verir ki, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində bildirib. XİN rəhbəri qeyd edib ki, Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir: “Azərbaycanda 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Həmçinin ölkəmizdə 4 baş konsulluq fəaliyyət göstərir”. 

Nazir bildirib ki, dünya ölkələri və beynəlxalq təsisatlar ilə ikitərəfli əlaqələrimizin müqavilə-hüquq bazası genişləndirilir və il ərzində müxtəlif sahələri əhatə edən təqribən 100-ə yaxın ikitərəfli və çoxtərəfli sənəd imzalanıb.

9.07.2018 12:07 / Baxılıb: 285 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo