ATƏT PA-da Azərbaycanda keçirilmiş prezident seçkiləri müzakirə olunub

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova təşkilatın Daimi Komitəsinin iclasındakı çıxışında ATƏT-in müşahidə missiyasının xüsusi əlaqələndiricisi Nilza de Senanın hesabatına cavab olaraq, bəzi strukturların Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibətdə qərəzli və subyektiv mövqeyinə diqqət çəkib. O, xüsusi əlaqələndiricinin tənqidi fikirlərini şişirdilmiş adlandırıb və qeyd edib ki, seçkilər şəffaflıq şəraitində keçirilib, vətəndaşların bütün konstitusion hüquqları tam olaraq təmin edilib, namizədlərə isə qanunvericilik çərçivəsində hər cür şərait yaradılıb.

Bahar Muradova deyib: “Təbii ki, heç bir ölkədə seçkilər hər hansı kiçik pozuntular olmadan keçirilmir. Azərbaycan da istisna deyil, lakin qeydə alınmış kiçik pozuntuların heç biri səsvermənin yekun nəticəsinə təsir edə bilməz”.

Nümayəndə heyətinin rəhbəri həmkarlarını əmin edib ki, Azərbaycanda konstruktiv dialoqa hazırdırlar və obyektiv tənqidə hər zaman müsbət yanaşırlar. Lakin selektiv və qərəzli qiymət verilməsi tərəqqiyə kömək etmir.

ATƏT PA-nın prezidenti Georgi Tsereteli, öz növbəsində, konstruktiv mövqeyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib və gələcəkdə də Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsini arzulayıb. (azərtac)

8.07.2018 11:57 / Baxılıb: 129 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo