"Azərenerji" "enerji böhranı" nda necə çıxdı? - Təfsilat

Hazirda Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb, Rusiya enerji sistemi ilə  elektrik enerjisinin ötürülməsi həyata keçirilir.

AZADİNFORM. 2018-ci il 3 iyul tarixində, saat 00:20 radələrində “Azərbaycan” İES-in 

330 kV-luq yarımstansiyasında baş vermiş qəzanın genişlənərək sistem qəzasına çevrilməsi və qəzanın fəsadlarının tez bir zamanda aradan qaldırılması barədə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidmətinin  son məlumatına əsasən:

“Baş vermiş 1 fazlı qısa qapanma 3 fazlı qısa qapanmaya çevrilmiş və ani olaraq Azərbaycan İES-də işdə olan 7 enerji bloku (1500 MVt güc) rele mühafizəsindən şəbəkədən açılmışdır. Böyük güc çatışmazlığı səbəbindən (tələbatın 50 %-i həcmində) qəzanın 1-ci saniyəsində əks-qəza avtomatikasının təsirindən Azərbaycan enerji sistemi Rusiya enerji¬ sistemindən ayrılmışdır. 

Qəzadan əvvəlki rejimdə Azərbaycan İES-də istehsal olunan 1500 MVt gücun 1000 MVt-ı Bakı və Abşeronun tələbatının ödənilməsi məqsədilə ötürülürdü. Qəzanın ilk saniyələrində “Mingəçevir-Abşeron” yük ötürülməsi dəhlizinə daxil olan sistemtəşkiledici 330 kV-luq 1-ci Abşeron elektrik verilişi xətti Azərbaycan İES-də cərəyan transformatorunun dağılması səbəbindən rele mühafizəsindən və 500 kV-luq 

2-ci Abşeron elektrik verilişi xətti isə asinxron gedişin ləğvi avtomatikasından açılmış, sistem əks-qəza avtomatikasının işləməsinə baxmayaraq, böyük aktiv və reaktiv güc çatışmazlığı və qəzanın ani olaraq baş verməsi, qəzanın selvari xarakter almasına və enerji sisteminin tam dayanmasına səbəb olmuşdur. Təxirəsalınmaz operativ tədbirlər nəticəsində enerji siteminin bərpası təmin edilmiş və mövcud generasiya güclərindən istifadə edilərək, ilk növbədə həyati vacib əhəmiyyətli obyektlərin, sonradan isə generasiya gücləri bərpa edildikcə digər istehlakçıların  elektrik enerjisi ilə təchizatı bərpa olunmuşdur”.

 Dövlət Başçısı baş verən hadisəni birbaşa öz nəzarətinə götürmüşdür.

Ölkə enerji sisteminin yaranmış vəziyyətdən tez bir zamanda çıxarılması və  qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə dərhal bütün resurslar səfərbər edilmiş və enerji sistemi fövqəladə iş rejiminə keçmişdir.

Qısa vaxt ərzində verilmiş çevik reaksiya nəticəsində “Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilmişdir. 

Hal-hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir. Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılmış və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir.

“Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

7.07.2018 16:34 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo