"Qaçqınkom" kollegiyasının yeni tərkibi təsdiqlənib

AZADİNFORM. Nazirlər Kabineti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının yeni tərkibini təsdiqləyib.

Azadinform xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının üzvləri 7 nəfərdən ibarətdir.

Kollegiyanın tərkibi aşağıdakı kimidi: Kollegiyanın sədri Rövşən Rzayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri. Kollegiyanın üzvləri: Gəray Fərhadov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Fuad Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Etibar Abdullayev – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, Tofiq Şamilzadə – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə-mühasibat şöbəsinin müdiri, Sənan Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri, Natiq Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru.

7.07.2018 15:54 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo