Ramil Usubov Qubada vətəndaşları qəbul edib

AZADİNFORM. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 7-də Quba rayonunda olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 23 vətəndaşla görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti yerində həllini tapıb.

Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq, keçirilən belə görüşlərin təşkilinə, dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycan Respublikasının tərəqqisinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.

7.07.2018 14:06 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo