Sumqayıtda əməliyyat - Evdən qumbara və dini broşurlar götürülüb

Eşqin Nuruşov/AZADİNFORM. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Mahir Əzizovun Sumqayıt şəhəri ərazisində kirayədə yaşadığı mənzildən 2 ədəd “F-1” qumbarası, 15 ədəd dini məzmunlu broşura və 10 ədəd CD disk aşkar edilərək götürülüb. 

Dini  broşura və CD disklər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil verilib.

7.07.2018 13:52 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo