Arvadını öldürən şəxs saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Ağsuda keçmiş arvadını öldürən ər tutulub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Ağsu şəhərində kirayədə yaşayan Samirə Bəyalıyevanın evinə gəlmiş keçmiş əri, Hacıqədirli kənd sakini Mahir Bəyalıyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilən S. Bəyalıyeva orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M. Bəyalıyev tutulub.

7.07.2018 13:28 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo