Dünyasını dəyişən şəxsin həyətində külli miqdarda narkotik aşkarlandı

Sabirabad rayonunda həyətdə narkotik plantasiyası aşkarlanıb.

Hadisə rayonun Həşimxanlı kəndində baş verib.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndində yaşayan 2002-ci il təvəllüdlü Xancanov Vasif Asif oğlunun dünyasını dəyişmiş əmisi Hüsən Xancanovun sahibsiz qalmış evinin həyətyanı sahəsinə baxış keçirilib.

Baxış zamanı həyətyanı sahədə 91 ədəd yaş vəziyyətdə çəkisi 7 kiloqram olan narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda narkotik vasitənin əkilib-becərilməsində iştirakı olan şəxslərin müəyyənləşdirilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir. (trend)

7.07.2018 12:33 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo