Nazirlik: Yardımlı meşəsindəki yanğın məhdudlaşdırıldı

Eşqin Nuruşov/AZADİNFORM. İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var. Hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir.

Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlı ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

7.07.2018 10:45 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
    14.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo