Axtarışda olan 20 nəfər saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

7.07.2018 10:00 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2018
    22.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo