Yırğalanma əleyhinə eynək yaradılıb

Fransanın “Citroen” şirkəti yırğalanma əleyhinə “Seetroen” adlı ilk eynək təqdim edib. Eynək sadə texnologiyanın tətbiqi sayəsində dəniz xəstəliyi ilə əlaqədar problemi aradan qaldırır.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, istehsalçı tərəfindən eynək dənizçilər üçün nəzərdə tutulan “boarding ring” texnologiyası əsasında yaradılıb. Dairəvi çərçivəyə malik eynəkdə yırğalanma ilə bağlı problemi aradan qaldırmağa kömək edən rəngli maye axır: gözlər horizontal xətti görür. Bu, beyində siqnallar konfliktinin qarşısını almağa imkan verəcək.

İstifadəçinin halı pisləşəndə eynəyi taxa və bir neçə dəqiqədən sonra gözlərini vestibülyar aparatla sinxronlaşdıra biləcək.

“Seetroen” qurğusunu istehsalçının internet mağazasında 99 avroya əldə etmək mümkündür.

6.07.2018 20:54 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo