Cəmiyyətin inkişafında mədəniyyətin rolu mövzusunda seminar keçirilib

Ləman Hüseynzadə / AZADİNFORM. Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində elmi seminar keçirilib. 

Azadinform xəbər verir ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və həmin muzeyin təşkilati dəstəyi ilə ilə baş tutan seminar “Cəmiyyətin inkişafında mədəniyyətin rolu” mövzusuna həsr edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev seminarın əhəmiyyətindən,  qarşıya qoyulan məqsədlərdən bəhs edib. O qeyd edib ki, “Mədəniyyət naminə elm” layihəsinin silsilə tədbirlər şəklində təşkili mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir. 

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev ilk öncə muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib. Diqqəti layihənin əhəmiyyətinə yönəldən mərkəzin direktoru əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğunu vurğuladı, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini qeyd edib. 

Tədbirin sonunda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova Mərkəz tərəfindən təltif olunub.

6.07.2018 17:01 / Baxılıb: 166 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo