Şəmkirdə maşın qaçıran yeniyetmə saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Şəmkirdə oğurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, rayonun Çinarlı qəsəbəsi ərazisindən Əliyaqublu kənd sakini Saleh Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Morul kənd sakini olan bir yeniyetmə qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

6.07.2018 14:38 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo