Komitə bizim təşkilata güvənə bilər UABD-nin sədr müavini

AZADİNFORM. Diasporla İş üzrə Dövlət Komitəsinin yeni loqosu, himni və saytını çox bəyəndim. Hiss olunur ki, yeni rəhbərlik hər üç işə xüsusi həssaslıqla yanaşıb.” Bu barədə açıqlamanı Azadinform-a Diasporla İş üzrə Dövlət Komitəsinin 16 illik yubileyi və qurumun yeni loqosu, himni və saytının təqdimatında iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov verib.  

M.Cəfərov bildirib ki, dünyada yaşayan azərbaycanlıların koordinasiyasında Dövlət Komitəsinin rolu böyükdür: “Biz Ukraynada fəaliyyət göstərən ən böyük diaspor təşkilatı olaraq hər zaman dövlətimizin yanında olmuş, Cənab Prezidentin çağırışlarına hamıdan əvvəl səs vermişik. Bundan sonra da fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyimizə heç kimin şübhəsi olmasın. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ofisi, texniki imkanları, qəzetləri, saytları, internet TV-si, üzvləri ilə yeni sədr Fuad Muradova hədəflərinə çatmasında dəstək verməyə hazırdır. Dövlətimiz və onun diaspor siyasətini həyata keçirən Komitə bizim təşkilata güvənə bilər.”

5.07.2018 16:09 / Baxılıb: 455 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo