WhatsApp-dan daha bir yenilik - Yalnız qrup istifadəçisinə aid mesaj görüləcək

Ləman Hüseynzadə / AZADİNFORM. “WhatsApp” ani mesajlaşma mübadilə sistemi istifadəçiləri üçün daha bir yenilik təqdim edib. 

Azadinform xəbər verir ki, yenilik sayəsində istifadəçilər qrup yazışmalarında onlara maraqlı olmayan məlumatları almayacaqlar. Belə ki, “Yeni mesaj göndər” funksiyası ilə “Hər kəsdən gələn mesajlara icazə ver”, yaxud “Yalnız qrup yaradıcısından gələn mesajlara icazə ver” seçimini edərək özlərinə aid mesajları görə biləcəklər. Bununla qrup istifadəçi söhbəti tamamilə bağlaya və yalnız qrup yaradıcısından gələn mesajları görə bilər.

Qeyd edək ki, Android (2.18.201) və İOS (2.18.70) istifadəçiləri bu tətbiqdən istifadə edə bilər.

5.07.2018 14:50 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo