Payız sonatası tamaşasının premyerası olacaq

AZADİNFORM. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında iyulun 7-də İnqmar Berqmanın pyesi əsasında hazırlanmış “Payız sonatası” adlı tamaşanın premyerası olacaq. 

Azadinform-un məlumatına görə, tamaşanın quruluşçu rejissoru İlqar Safat, dekorasiya rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasovadır. Səhnə əsərinin musiqi tərtibatı İlqar Safata məxsusdur. 

Tamaşada Azərbaycanın Xalq Artisti Lyudmila Duxovnaya, teatrın aktyorları Rumiyə Ağayeva, Natəvan Hacıyeva, Aleksey Saprıkin çıxış edəcəklər.

3.07.2018 16:41 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo