48 yaşlı CeyLo bədənini nümayiş etdirdi - Fotolar

Dünya ulduzu Cennifer Lopes Nyu-York küçələrində gəzərkən paparassilərin obyektivinə tuş gəlib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, müğənni idmana yollanıb. Lopes dar lassin və qısa top geyinib.

İfaçı ideal bədən quruluşunu və əzələlərini nümayiş etdirməkdən çəkinməyib. Pərəstişkarları CeyLonun şəkillərinə təriflər yağdırıblar.

Qeyd edək ki, Cennifer son günlər fitneslə ciddi məşğul olur. İngilis mediası isə onun toya hazırlaşdığını, buna görə bədən quruluşunu formada saxlamağa çalışdığını yazıb. Deyilənə görə, 48 yaşlı Lopes sevgilisi Aleks Rodrigeslə nikah masasına oturmağa hazırlaşır.

2.07.2018 22:17 / Baxılıb: 173 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo