Öldürsənə məni, Caniko tamaşasının premyerası keçiriləcək Foto

AZADİNFORM. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iyulun 8-i Əziz Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək. 

Teatrın Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır. 

Qeyd edək ki, məşhur türk dramaturqu Ə.Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. ADGTT-nın təqdim etdiyi tamaşada həm komik, həm də dramatik məqamlara yetərincə yer verilib. Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar.

2.07.2018 16:48 / Baxılıb: 107 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.07.2018
22.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo