WhatsAppda yeni funksiya istifadəyə veriləcək

“WhatsApp” messenceri “Android” sisteminin idarəetməsi altında işləyən qurğu sahiblərinə başqa istifadəçilərə göndərilmiş şəkilləri gizlətməyə imkan verəcək. Bu haqda “Bgr.in” portalı məlumat verib.

Bildirilir ki, yenilik messencerin “Android” üçün “v2.18.195” beta-versiyasında əlçatandır.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, portalın məlumatına görə, messencerin istifadəçiləri göndərilmiş şəkil, video və audiofaylların telefonda avtomatik saxlanılmasını deaktiv edə biləcəklər.

Yeni funksiya, həmçinin qrup çatları üçün əlçatan olacaq ki, bu da smartfonda yaddaşın tutumunu saxlamağa imkan verəcək və məxfilik səviyyəsini yüksəldəcək.

27.06.2018 22:05 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo