Putin və Ruhani Ərdoğanı təbrik edib

Samir Soltanov/AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib. 

Azadinform xəbər verir ki, Putin təbrikdə bildirib ki, seçkilərin nəticələri Ərdoğanın siyasi nüfuzunun yüksək olduğunun göstəricisidir: “Türkiyənin qarşısında dayanan sosial-iqtisadi problemlərin həllində, ölkənin xarici siyasətinin gücləndirilməsində Ərdoğan geniş dəstək alır. Strateji əməkdaşlıq səviyyəsində Rusiya-Türkiyə əlaqələrinin genişlənməsindən məmnunuq”.

Bundan başqa, İran prezidenti Həsən Ruhani də Türkiyə dövlət başçısına təbrik məktubu göndərib. Məktubda bildirilir: “Prezident seçkilərində yenidən əldə etdiyiniz qələbə münasibətilə zati-alinizi sevinclə təbrik edirəm. Prezidentliyinizin yeni dönəmində güclü tarixi mədəni və dini əlaqələri olan İran və Türkiyənin yaxşı qonşuluq, qarşılıqlı hörmət və ortaq mənfəətlər çərçivəsində bölgə və İslam dünyası ilə bağlı əlaqələri, bölgədəki problemlərin həlli, sülhün güclənməsi mövzusunda dostyana münasibətlərin daha da irəliləməsini ümid edirəm”. 

25.06.2018 13:30 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo