Tək Türkiyə qalib gəlmədi

Şəfa Tapdıq/AZADİNFORM. “Türkiyədəki seçkilər sadəcə AKP və Ərdoğanın qalib gəlməsi anlamına gəlmir. Seçki Türkiyə ilə yanaşı, bütövlükdə türk və islam dünyası üçün strateji əhəmiyyət daşıyır. Bəzi ölkələrdə, hətta bizdə də bu seçkilər barədə yanlış fikirlər səsləndirilirdi. Əksəriyyət məsələyə AKP və Ərdoğan kontekstində baxırdı. Düşünürəm ki, Türkiyə bu imtahandan üzüağ çıxdı”.

Bu sözləri Azadinform-a açıqlamasında politoloq Natiq Miri Türkiyədə keçirilmiş seçkilərin nəticələri barədə fikirlərini bölüşərkən deyib.

Onun fikrincə, seçkinin qalibi Türkiyə xalqı, türk dünyası, islam ümmətidir: “Güclü Türkiyənin varlığı Azərbaycan kimi digər türk dövlətlərinin də güclənməsi anlamına gəlir. İslam bayrağını daşıyan güclü Türkiyənin varlığı islam ümmətinin parçalanmış vəziyyətini aradan qaldıra, xaç yürüşlərinə qarşı birləşdirə bilər”.

N. Miri düşünür ki, Türkiyənin güclənməsi Azərbaycanın geosiyasi maraqlarına uyğundur: “Ərdoğanın prioritet siyasətində Dağlıq Qarabağ probleminin həlli məsələsi də var. Türkiyə xalqının mövqeyi və Ərdoğanın qələbəsinin nəticələrini, təzahürünü yaxın zamanlarda görməyə başlayacağıq”.

25.06.2018 13:20 / Baxılıb: 251 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo