Azərbaycan münaqişə ilə bağlı konstruktiv mövqe nümayiş etdirib

"Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz. Siz bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”. 

Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib. V. Volodin bildirib ki, münasibətləri pisləşdirmək istəyən, insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir: “Bu yolun qarşısını almaq üçün hər şey etməliyik. Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib”. (apa)

25.06.2018 12:50 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo