DÇ-2018 - İsveçrəli futbolçuların siyasi mesajı qalmaqal yaratdı

Samir Soltanov/AZADİNFORM. FİFA isveçrəli futbolçular – Qranit Caka və Xerdan Şaqiri haqqında intizam qaydalarını pozduğu üçün istintaq başladıb. 

Azadinform xəbər verir ki, hər iki futbolçu Serbiya ilə qarşılaşmada qol vurduqdan sonra əlləri ilə Albaniyanın simvolu olan iki başlı qartal işarəsi göstərdiyi üçün Serbiya Futbol Federasiyası tərəfindən FİFA-ya şikayət edilib. Bildirilir ki, isveçrəli futbolçuların bu hərəkəti siyasi mesajdır. 

Qeyd edək ki, 17 Fevral 2008-ci ildə Kosova Serbiyanın tərkibindən çıxaraq birtərəfli qaydada müstəqilliyini elan edib. Serbiya isə 116 ölkə tərəfindən müstəqil dövlət kimi tanınan Kosovanı hələ də öz ərazisi kimi görməyə davam edir.

Əlavə edək ki, Qranit Caka və Xerdan Şaqiri Kosova əsilli İsveçrə vətəndaşlarıdır.

25.06.2018 10:38 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo