Bakıda sərv ağacını kəsən cərimələnib 2200 AZN

Samir Soltanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, əraziyə baxış keçirilib və məlum olub ki, tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacı kəsilib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı məlum olub. 

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2200 manat məbləğində cərimə edilib.

25.06.2018 10:28 / Baxılıb: 140 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo