Füzulidə taxıl biçini davam edir

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək barədə verdiyi tapşırıq və göstərişləri cəbhə bölgəsində yerləşən Füzuli rayonunda qarşıda duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir.

Aqrar rayon olan Füzulidə insanlar əsasən taxılçılıq, pambıq, barama, şəkər çuğunduru və heyvandarlıqla məşğul olurlar. Füzuli RİH-dən Azadinform-a verilən məlumata görə, cari təsərrüfat ilində rayonda ümumilikdə 36419 hektar sahədə dənli-taxıl bitkisi əkilmişdir ki, bunun da 28894 hektarı buğda, 8025 hektarı isə arpadır. Hazırda rayonda taxıl biçini davam edir. Bu günə kimi ümumilikdə 21500 ha sahədə biçin aparılmışdır. Rayon arpa biçini başa çatmışdır. Arpa əkilmiş sahələrdə orta məhsuldarlıq 29.5 sentner, buğda əkilmiş sahələrdə isə 31.2 sentnerdir. 

Rayonda taxıl biçininin iyulun 10-a kimi tam başa çatdırılması nəzərdə tutulur. Taxıl biçinin operativ, itkisiz və kompleks şəkildə həyata keçirilməsi üçün rayon Qərargahı fəaliyyət göstərir.

Artıq 6 ildir respublika üzrə 100 min tondan artıq məhsul istehsal edən Füzuli rayonunda bu il də bol məhsul istehsal olunacağı gözlənilir.

25.06.2018 10:15 / Baxılıb: 519 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo