DÇ-2018: Bu gün iki qrupda mübarizəyə yekun vurulacaq

Adəm Abbaslı/AZADİNFORM. DÇ-2018 davam edir. Məlumata görə, bu gün A və B qruplarında mübarizəyə yekun vurulacaq.

A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür. Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir nüfuz savaşına çıxacaqlar.

B qrupunda isə vəziyyət fərqlidir. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə girəcəklər. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda, İspaniya - Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.


DÇ-2018

25 iyun

III tur


A qrupu


18:00. Uruqvay - Rusiya

Samara, "Samara Arena" 


18:00. Səudiyyə Ərəbistanı - Misir

Volqoqrad, "Volqoqrad Arena"


1.

Rusiya

2

2

0

0

8-1

6

2.

Uruqvay

2

2

0

0

2-0

6

3.

Misir

2

0

0

2

1-4

0

4.

Səudiyyə Ərəbistanı

2

0

0

2

0-6

0


B qrupu


22:00. İran - Portuqaliya

Saransk, "Mordoviya Arena" 


22:00. İspaniya - Mərakeş

Kalininqrad, “Kalininqrad” stadionu


1.

İspaniya

2

1

1

0

4-3

4

2.

Portuqaliya

2

1

1

0

4-3

4

3.

İran

2

1

0

1

1-1

3

4.

Mərakeş

2

0

0

2

0-2

0

25.06.2018 09:40 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo