3 tona yaxın narkotik vasitə məhv edilib - Oğuzda

AZADİNFORM. Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

DİN-dən Azadinform-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2 min 900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları Oğuz RPŞ əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

25.06.2018 09:20 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo