Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi

Adəm Abbaslı/AZADİNFORM. Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Cumhur İttifakı" adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib.

Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir: "Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi".

Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.

25.06.2018 09:05 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo