Türkiyədə növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb

Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb.

Məlumata görə, sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 54,06%, “Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb. (apa)

24.06.2018 23:00 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo