La-Manş tunelində qatarların hərəkəti bərpa olunub

Fransa və Böyük Britaniya arasındakı La-Manş tunelində Eurostar yüksək sürətli qatarların hərəkəti bərpa olunub. 

Məlumata görə, bu haqda Eurotunnel operator şirkəti xəbər verir.

Əvvəllər bildirilirdi ki, bazar günü elektrik enerjisinin kəsilməsi səbəbindən bir neçə saat ərzində hər iki istiqamətdə trafik dayandırılıb.

"Tuneldə qatarların hərəkəti bərpa edilir. Qatarlar artıq Böyük Britaniyanı tərk ediblər. Yaxın saatlarda isə qatarların hərəkəti Fransadan başlayacaq", - Eurotunnel şirkətinin Twitter səhifəsində belə yazır. (trend)

24.06.2018 18:00 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo