Bir sıra böyük dövlətlər İranı məhv etmək istəyirlər

"Düşmənin məqsədi quruluşu və Həsən Ruhani administrasiyası deyil, onlar İranı məhv etməyə çalışır ".

Məlumata görə, bunu bu gün İran xarici işlər naziri Cavab Zərif bəyan edib.

Bir qrup sahibkarın iştirak etdiyi toplantıda çıxış edən C. Zərif deyib ki, İran bir sıra böyük dövlətlərin məqsəd və arzularına mane olur və həmin dövlətlər İranı məhv etmək istəyirlər. Nüvə sazişi ilə bağlı tənqidlərə də toxunan C. Zərif bildirib ki, ABŞ-ın çatışmazlıqlarla əlaqədar bu sazişdən çıxdığı iddia olunur: "ABŞ NAFTA və Paris razılaşmasından da çıxıb. Bu sazişlərdə də çatışmazlıqlar vardı?". (apa)

24.06.2018 17:46 / Baxılıb: 193 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo