Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb

Eşqin Nuruşov/AZADİNFORM. 2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 3175,5 milyon manatlıq ödənişli xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artıb, ticarət şəbəkəsində 6858,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

24.06.2018 17:24 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo