Neft daşıyan yük qatarı aşdı - 870 min litr neft dağıldı

ABŞ-da dəhşətli qəza qeydə alınıb.

Məlumata görə, ölkənin Ayova ştatında Kanadadan Amerikanın Oklahoma ştatında yerləşən "ConocoPhillips" şirkəti üçün neft daşıyan BNSF şirkətinə məxsus yük qatarı relsdən çıxaraq aşıb. Qəza nəticəsində 870 min litrə yaxın neft ətrafa dağılıb.

Yanacağın böyük hissəsi yaxınlıqda olan su hövzələrinə tökülüb. Hadisə yerinə gələn təhlükəsizlik qurumunun əməkdaşları əhali üçün heç bir təhlükənin olmadığını bildirib. Ətrafa tökülən 870 min litr neftin isə yalnız kiçik bir hissəsini toplamaq mümkün olub. (publika.az)

24.06.2018 16:48 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo