"Səsvermədə günorta saatlarına qədər heç bir qanun pozuntusu müşahidə olunmayıb"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərini geniş tərkibli heyətlə müşahidə edir.

Məlumata görə, Türk Şurası beynəlxalq müşahidə missiyası ilə Antalya, İstanbul və Samsun şəhərlərində səsvermə prosesini izləməkdədir. Müşahidə missiyasına Türk Şurası və Türk Akademiyasının katibliyinin əməkdaşları, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan rəsmi heyətlər daxildir.

Səsvermənin azad və demokratik şəkildə davam etdiyini bildirən Türk Şurasının baş katibi Ramil Həsən bildirib ki, missiya günorta saatlarına qədər səsvermə prosesində heç bir qanun pozuntusu aşkar etməyib. Missiya səsvermənin yekunları ilə bağlı bəyanatla çıxış edəcək. (azertac.az)

24.06.2018 15:50 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.07.2018
    22.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo