PKK hakimiyyətə qarşı siyasi və hərbi fəaliyyəti dayandırdığına dair bəyanat verib

Türkiyədə PKK terror təşkilatı parlament və prezident seçkiləri günündə hakimiyyətə qarşı siyasi və hərbi fəaliyyəti dayandırdığına dair bəyanat verib.

Bu barədə "Rudaw" telekanalı məlumat yayıb. Məlumata görə, dövlət əleyhinə bütün tədbirlər 24 saat müddətinə dayandırılır. PKK rəhbərliyi bu addımlarını səsvermə prosesində iştirak etmək istəyən kürd vətəndaşların sakit şəraitdə öz namizədlərinə səs verə bilmək şansı yaratmaqla izah edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkiqabağı mitinqlərdə terrorizmlə mübarizə mövzusunu gündəmə gətirib. O, Suriyanın və İraqın şimalında hərbi əməliyyatlar keçirən kürd qruplaşmalarına səslənib. İraqın şimalında kürdlərin bazaları olan ərazidən PKK-a qarşı genişmiqyaslı kampaniyalar yürüdülür. Türkiyə qüvvələri bu regionlarda hava və yerüstü hərbi əməliyyatlar keçirir. (publika.az)

24.06.2018 15:35 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo