Maradona yenə sərt danışdı: Komandada heç bir ideya yoxdur

Samir Soltanov/AZADİNFORM. Əfsanəvi futbolçu Dieqo Maradona Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini növbəti dəfə tənqid edib. 

Azadinform qol.az-a istinadən o, həmyerlilərinin DÇ-2018-dəki uğursuz çıxışının səbəbkarı kimi çalışdırıcını gördüyünü söyləyib: “İnsanlar inanırdılar ki, Sampaoli kompüter, dronlar və 14 köməkçisi sayəsində problemi həll edəcək. Argentina nə oynadığını bilmir. Komandada heç bir ideya yoxdur – nə yarımmüdafiədə, nə müdafiədə, nə də hücumda. Xorvatiya ilə görüşdə də biz buna şahid olduq”. 

Maradona baş verənlərə görə federasiya rəhbəriyini də günahlandırıb: “Federasiyaya futboldan kənar adamlar rəhbərlik edirlər. Onların heç bir planı yoxdur. Hər şeyi özbaşına buraxıblar”. 

O, Lionel Messiyə yönələn ittihamlar haqda da danışıb: “Messi necə lazım idisə, elə də oynadı. Bir nəfərin bütün komandanın problemini təkbaşına həll etməsi çox çətindir”.

24.06.2018 13:58 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo