Meksika yığması növbəti qələbəsini qazanıb

 Rusiyadakı futbol üzrə dünya çempionatında G qrupunun II turuna start verilib.

Azadinform-un məlumatına görə, Rostovdakı eyniadlı arenada Cənubi Koreya və Meksika yığmaları üz-üzə gəlib. Görüş amerikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 27-ci dəqiqədə penaltidən Karlos Vela açıb. 66-cı dəqiqədə isə Xavyer Ernandes fərqi artırıb. Koreyalılar təsəlli qolunu uzatma dəqiqələrində vurub. Son Hyu Min uzaqdan zərbə ilə fərqi azaldıb.

Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Meksika 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib. Bu gün Almaniya İsveçlə görüşdə qələbə qazana bilməsə, amerikalılar bu vəsiqəni rəsmiləşdirəcəklər. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən Cənubi Koreya isə qrupda qalıb.

DÇ-2018

23 iyun

II tur

F qrupu

19:00. Cənubi Koreya - Meksika - 1:2

Qollar: Karlos Vela, 27-penalti ilə. Xavyer Ernandes, 66 - Son Hyu Min, 90+3

Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)

Rostov-Don, "Rostov Arena"

23.06.2018 20:54 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo