İspaniya sahillərində 600-ə yaxın miqrant xilas edilib

İyunun 23-də İspaniya sahillərində 569 miqrant xilas edilib.

Azadinform RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Alboran dənizində, Cəbəllütariq boğazında, Atlantik okeanın Kanar adaları yaxınlığında ümumilikdə 21 qayıq aşkar olunub. Xilas edilənlərin çoxu qadınlar və uşaqlardır.

Bildirilib ki, xilasetmə işləri gəcə yarısından başlayıb. Günün sonunda aşkarlanan miqrantların sayının artacağı gözlənilir. İspaniyada hava şəraitinin mülayim keçməsi son həftələrdə regionda miqrant axınını artırıb.

Qeyd edək ki, cari ilin yanvarından İspaniya sahillərinə 12,1 mindən çox miqrant üz tutub, onlardan 292 nəfəri ya həlak olub, ya da itkin düşüb. Ümumilikdə, ilin əvvəlindən Avropaya təxminən 41 min miqrant gəlib, onlardan 960 nəfəri dənizdə həlak olub.

23.06.2018 20:19 / Baxılıb: 166 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo