"Tezliklə problemli nəqliyyat vasitələri də qeydiyyata alınıb buraxılacaq"

"Gürcüstan tərəfi sərhəd məntəqələrində prosedurları tamam azaldıb. Onlar sadəcə nəqliyyat vasitələrini qeydiyyata alıb buraxırlar. Problemləri daxildə həll edirlər".

Azadinform xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov Gürcüstana nisbətən Azərbaycanın gömrük-buraxılış məntəqələrində hələ də növbələrin olmasına aydınlıq gətirərkən deyib.

A.Abasov əlavə edib ki, hazırda Azərbaycanda da həmin istiqamətdə işlər gedir: "Tezliklə bizdə də elə olacaq. Əgər nəqliyyat vasitəsinin problemi olsa belə qeydiyyata alınıb buraxılacaq və həmin nəqliyat vasitəsi təyinat məntəqəsində öz problemini həll edəcək".

DGK-nın Tovuz Gömrük İdarəsinin fəaliyyətin qiymətləndirilməsi şöbəsinin rəisi Muraz Quliyev isə bildirib ki, Azərbaycanın giriş qapısında olan problemlər Gürcüstanın "Sarp" idxal gömrük-keçid məntəqəsində də mövcuddur: "Bura bizdə giriş məntəqəsi olduğuna görə qeydiyyat prosesi çoxdur. Gürcüstanda da həmin problem "Sarp" giriş qapısındadır. Ümumiyyətlə, çıxış qapısında bütün məsələlər asan olur, amma ölkənin girişində bir az çətin olur".

23.06.2018 19:20 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo